...

Saymon Kleq: “Bakı 2015 Avropa Oyunlarının saytı istifadəçilər arasında çox populyardır”

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 13:05 (UTC +04:00)
“Bakı 2015” Avropa Oyunlarının saytı internet istifadəçilər arasında çox populyardır, ötən gün sayta 4,6 milyon baxış olub.
Saymon Kleq: “Bakı 2015 Avropa Oyunlarının saytı istifadəçilər arasında çox populyardır”

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Aygün Bədəlova/

"Bakı 2015" Avropa Oyunlarının saytı internet istifadəçiləri arasında çox populyardır, ötən gün sayta 4,6 milyon baxış olub. Trend-in məlumatına əsasən, bunu "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O, ötən gün FIFA-nın çimərlik futbolu üzrə nümayəndəsi Con Kusko ilə birgə bu idman növündə yarışlarda iştirak etdiyini bildirib: "Oyunlar sadəcə möhtəşəm idi. C.Kusko bildirdi ki, çimərlik futbolu tarixində idmançıların heç vaxt Bakıdakı kimi idman arenası olmayıb. Hesab edirəm ki, çimərlik futbolunu I Avropa Oyunlarının proqramına daxil etmək əla qərar idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti