...

Üzgüçülük yarışlarının 3-cü günündə qalibləri müəyyənləşib (ƏLAVƏ OLUNUB-5)

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 20:23 (UTC +04:00)
Bu gün üzgüçülük yarışlarının 3-cü günündə ən güclülər müəyyənləşir.
Üzgüçülük yarışlarının 3-cü günündə qalibləri müəyyənləşib (ƏLAVƏ OLUNUB-5)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 18:13-də yayılıb)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bu gün üzgüçülük yarışlarının 3-cü günündə ən güclülər müəyyənləşib.

Trend-in məlumatına görə, kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə ən sürətli idmançı rusiyalı Daniel Poxomov olub.

2-ci yeri italiyalı Ciakomo Karini, 3-cü yeri isə fransalı Mattias Marsau tutub.

Bu gün ümumilikdə 9 dəst medal oynanılıb.

X X X

Qadınlar arasında 200 metr məsafəyə brass üsulu ilə üzmədə də rusiyalı idmançı qızıl medala sahib olub.

Belə ki, Maria Astaşkina rəqiblərini arxada qoymağı bacarıb.

İtaliyalı Ciulia Verona gümüş, britaniyalı Layla Blek isə bürünc medal qazanıb.

X X X

Kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında isə britaniyalı Danken Skot birinci olub.

İkinci yerin sahibi italiyalı Alessandro Miressi, üçüncü yerin sahibi isə rusiyalı Vladislav Kozlov olub.

X X X

Bu gün, həmçinin kişilər arasında 200 metr məsafəyə fərdi kompleks yarışının qalibləri müəyyənləşib.

1-ci yeri avstriyalı Sebastian Şteffan, 2-ci yeri britaniyalı Cervis Parkinson, 3-cü yeri isə daha bir britaniyalı Martin Uolton tutub.

X X X

Qadınlar arasında 50 metr məsafəyə arxasıüstə üzmə yarışında digər avstriyalı idmançı Karoline Pilhaç fəqlənib. Fransalı Polin Mehyu gümüş, rusiyalı Mariya Kameneva isə bürünclə kifayətlənib.

X X X

Kişilər arasında 50 metr məsafəyə brass üsulu ilə üzmədə isə litvalı Andrius Sidlauskas qalib gəlib. Ən sürətli ikinci üzgüçü xorvatiyalı Nikola Obrovaç, üçüncü isə danimarkalı Tobias Byerq olub.

X X X

Qadınlar arasında 1500 metr məsafəyə sərbəst üsulla üzmədə də güclülər məlum olub.

Belə ki, italiyalı üzgüçü Sveva Skiatsano 1-ci, macar Yanka Yuhaj 2-ci, ispan Marina Kastro Atalaya isə 3-cü olub.

X X X

Kişilər arasında 4x200 metr məsafəyə sərbəst ötürmə üsulu ilə üzmə üzrə komanda yarışında da Rusiya idmançıları birinci yerə sahib çıxıb.

Böyük Britaniya gümüş, Almaniya isə bürünc medal qazanıb.

X X X

Qadınlar arasında 4x100 metr məsafəyə kompleks ötürmə üsulu ilə üzmə üzrə komanda yarışında da Rusiya birinci olub.

Niderland 2-ci, Böyük Britaniya isə 3-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti