...

Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn boksçuların mükafatlandırma mərasimlərində iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO+VİDEO)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 20:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 52 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Prezident İlham Əliyev Avropa Oyunlarında qalib gələn boksçuların mükafatlandırma mərasimlərində iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO+VİDEO)

İlk xəbər saat 19:40-da yayılıb

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 52 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində Azərbaycan boksçusu Elvin Məmişzadə qələbə qazanıb. O, finalda italyan Vinçenzo Pikardiyə qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, Azərbaycan idmançıları ümumilikdə Avropa Oyunlarında 17 qızıl medal qazanıb.

X X X

Dövlətimizin başçısı, həmçinin kişilər arasında birinci yarım-orta çəki (64 kq) dərəcəsində qalib gələn boksçuların mükafatlandırma mərasimində iştirak edib.

Azərbaycanı təmsil edən Kollazo Sotomayor bu çəki dərəcəsində hamıdan üstün olub. O, finalda italiyalı boksçu Vinçenzo Manciakarpeyə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti