...

Rəmişdən öyrənmək azdır - Zöhrə Abdullayeva (FOTO)

Mədəniyyət Materials 17 Sentyabr 2011 15:29 (UTC +04:00)
Rəmişdən öyrənmək azdır - Zöhrə Abdullayeva (FOTO)
Rəmişdən öyrənmək azdır - Zöhrə Abdullayeva (FOTO)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

"Rəmişin barmaqları qızıldır. Hamımızın borcudur ki, onun kimi sənətkarın qədrini bilib, sənətinə qiymət verək. Sözün həqiqi mənasında Rəmiş bir məktəbdir. Ondan öyrənmək azdır", - bu sözləri təşkil olunan məclislərin birində Trend-ə yenicə əməkdar artist adını almış müğənni Zöhrə Abdullayeva söylədi. Dostluqlarının uzun illərə söykəndiyini vurğulayan Zöhrə xanım Rəmişlə birlikdə solo-konsert verməyə hazır olduğundan da ürəklə danışdı.

"Əgər Rəmişin qastrol səfərləri imkan versə, mən böyük məmnuniyyətlə onunla eyni səhnəni bölüşüb konsert verərəm. Bu sahədə onun qədər ölkələr gəzib, dünyada yaşayan azərbaycanlıların qarşısında çıxışlar edən ikinci musiqiçi tanımıram. Yenə də təkrar edirəm, boş vaxtı olarsa, mənə fəxr olar ki, onun müşayiəti ilə səhnəyə çıxıb, mahnılar oxuyam", - Zöhrə xanım dedi.

Açıqlamasını bitirib masasına dönərkən Zöhrə xanım Rəmişin gitaranı bağrına basıb çaldığını görər-görməz mikrofonu əlinə götürdü və gələcək zamanı gözləmədən bir mahnılıq da olsa, virtuoz musiqiçinin müşayiəti ilə canlı ifasını nümayiş etdirdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti