...

Nadir Qafarzadə Latviyada ilkə imza atdı (FOTO)

Mədəniyyət Materials 24 Oktyabr 2011 19:14 (UTC +04:00)
Populyar estrada müğənnisi Nadir Qafarzadə bu günlərdə Latviya səfərini başa vuraraq Bakıya qayıdıb.
Nadir Qafarzadə Latviyada ilkə imza atdı (FOTO)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Populyar estrada müğənnisi Nadir Qafarzadə bu günlərdə Latviya səfərini başa vuraraq Bakıya qayıdıb. Trend-ə yenilikləri barədə danışan müğənni, rus dilində ifa etdiyi "Сердце бьеться" (Ürək döyünür) mahnısına çəkdirdiyi klipdən məmnuniyyətlə söhbət açdı.

"Sözləri Rusiyanın əməkdar artisti, tanınmış şair Simon Osiaşvili, musiqisi Anatoli Zubkova məxsus olan mahnı Latviyanın peşəkar rejissorlarından biri hesab olunan Jerry Pavlof tərəfindən ekranlaşdırılıb. Jerry Pavlof həm də Azərbaycan haqqında çəkilən filmin rejissorudur. Həmin film dəfələrlə həm Latviya telekanallarında, həm də Azərbaycanın İctimai Televiziyasında nümayiş olunub. O, həmçinin Latviyada böyük maraqla izlənən irihəcimli verilişlərin ərsəyə gəlməsində iştirak edir. Son iki ildə isə "Eurovision" mahnı müsabiqəsində ölkəsinin tanıtımı üçün çəkilmiş çarxların rejissorudur. Başda Rusiyanın tanınmış sənətçiləri olmaqla, o, Avropada qəbul olunan əksər ulduzlarla əməkdaşlığını davam etirir. "Ürək döyünür" mahnıma çəkdiyi klip üçün çox fərqli məkanlar seçilmişdi. Təsəvvür edin, Baltik dənizinin sahilləri, Riqa, Yurmala kimi əzəmətli şəhərlərin gözəl mənzərələri... Çəkiliş üçün Riqanın əsas model agentliyinin 50-60 model xanımı dəvət olunmuşdu. Ən son texniki avadanlıqların köməyi ilə çəkilən klipin operatoru Feliksas Abrukauskasdır. Feliksas Latviya ilə yanaşı, Litvanın da bir nömrəli operatoru kimi tanınır. Çəkilişdən olduqca məmnun qaldım. Ümumi hazırlıq 5-6 ay vaxt aparsa da, çəkilişlər 1 həftə ərzində intensiv şəkildə aparıldı. Hazırda ekran işi montaj prosessindədir", - müğənni belə dedi.

Qeyd edək ki, Nadir Qafarzadə Latviyada klip çəkdirən ilk Azərbaycan müğənnisidir. Nadir bunu həm də Avropa səviyyəsində çəkilmiş klip kimi qiymətləndirir. Trend olaraq öyrəndik ki, Qafarzadə klip üçün ümumilikdə 20 min manat (təxminən 25 min ABŞ) maliyyə vəsaiti xərcləyib.

Xəbər lenti

Xəbər lenti