...

Azərbaycanın mədəniyyət naziri "Sarı gəlin"in erməni dilində ifa olunmasına münasibət bildirib

Mədəniyyət Materials 14 Mart 2012 19:34 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda türkiyəli müğənni Sezen Aksunun Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsinə münasibət bildirib.
Azərbaycanın mədəniyyət naziri "Sarı gəlin"in erməni dilində ifa olunmasına münasibət bildirib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir V.İmanov/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda türkiyəli müğənni Sezen Aksunun Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni dilində ifa etməsinə münasibət bildirib.

"Bizim alimlərimiz və musiqişünaslarımzın "Sarı gəlin" mahnısı haqqında ətraflı məlumatını Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə şəxsən təqdim etmişəm və mətbuat konfransı keçirərkən demişəm. Biz öz sərvətlərimizi qorumalıyıq", - Trend-in məlumatına görə, çərşənbə günü Qarayev jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, hər hansı bir ölkədə belə fakt varsa, bunun qarşısı alınmalıdır.

"Əfsuslar olsun ki, bəzən bu məsələyə dərindən yaxınlaşmayan, bu məsələni dərindən düşünməyən insanlar hələ də mövcuddur. Çox yaxşı ki, bizim geniş ictimaiyyətimiz bu məsələyə qəti etirazını bildirdi və düşünürəm ki, tanınmış müğənni gələcək yaradıcılığında nöqsanını aradan qaldırmaq üçün lazımi işlər görəcək", - Qarayev deyib.

Xəbər lenti

Xəbər lenti