...

San Marinonun "Eurovision 2012" mahnısı "Facebook" haqqındadır

Mədəniyyət Materials 17 Mart 2012 11:09 (UTC +04:00)
San Marinonun "Eurovision 2012" mahnısı "Facebook Uh, Oh, Oh" adlanır.
San Marinonun "Eurovision 2012" mahnısı "Facebook" haqqındadır

Azərbaycan, Bakı, 17 mart /Trend/

San Marinonun "Eurovision 2012" mahnısı "Facebook Uh, Oh, Oh" adlanır.

Trend şənbə günü müsabiqənin rəsmi saytına istinadən məlumat verir ki, satirik mahnı kimi səciyyələndirilən kompozisiyanı Ralf Siegel, Jose Rodriguez və Timoti Touçton yazıb.

Təqdimat şousunda çıxış edən bəstəkar Ralf Siegel mahnı ilə bağlı əsas məqamları izah edib. O, qeyd edib ki, bu mahnıda sosial şəbəkə haqqında hər şey var.

Qeyd edək ki, Valentina Monetta "Facebook Uh, Oh, Oh" mahnısı ilə ilk dəfə "Bakı Kristal Zalı"nın səhnəsinə "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinalında, mayın 22-də çıxacaq.

Xəbər lenti

Xəbər lenti