Azərbaycan, Bakı, 31 mart /Trend/
Aprelin 1-dən Türkiyənin 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Can Bonomonun tanıtım turu start götürəcək.
Trend-in eurovision.az saytına istinadən verdiyi məlumata görə, müğənninin ilk dayanacağı Xorvatiya olacaq.
Can Bonomo "Love Me Back" adlı müsabiqə mahnısı ilə Monteneqro və Sloveniyaya da gedəcək. Tanıtım turunun ilk mərhələsinin 4 gün ərzində tamamlanacağı nəzərdə tutulub.
Türkiyə təmsilçisi səfər çərçivəsində bir neçə televiziya verilişlərində qonaq olacaq.
Tanıtım turunun növbəti mərhələsi aprelin ikinci həftəsindən start götürəcək.
Türkiyənin "Eurovision 2012"-dəki təmsilçisi tanıtım turuna start verir
Aprelin 1-dən Türkiyənin 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Can Bonomonun tanıtım turu start götürəcək.