Azərbaycan, Bakı, 1 may /Trend, müxbir V.İmanov/
Azərbaycanın populyar müğənnisi, öz kreativ layihələri ilə tanınan Ayan Babakişiyeva "Nədən oldu?" (musiqisi Kamal, sözləri Baba Vəziroğlu) adlı növbəti maraqlı işini başa çatdırıb. O, bu layihədə yeddi obrazda çıxış edib. Bu barədə Trend-ə müğəninin mətbuat xidməti məlumat verib.
"Klipin ideyası və rejissor işi çox xoşuma gəldi. Orada mən müxtəlif xalqların yeddi nümayəndəsinin obrazını təqdim edirəm. Bu, çinli, yunan, misirli, Afrika, qədim Avropa, hindli və əlbəttə ki, azərbaycanlı obrazlarıdır. Ümid edirəm ki, işimiz tamaşaçılar tərəfindən layiqincə qiymətləndiriləcək", - Babakişiyeva deyib.
Klipin rejissoru Anar Hüseynov, operator Rza Əsgərov, klipin və obrazların ideya müəllifi isə stilist Romadır.
Foto Çingiz Abdulalyevindir ("Yarasa" studiyası).