Azərbaycan, Bakı, 8 may /Trend, müxbir M.Əliyev/
Tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov bu yaxınlarda dünyamiqyaslı "Universal Music Publishing Group" şirkətinin Türkiyə üzrə təmsilçisi "Universal Music Taxim Edition" ilə əməkdaşlıq sazişi bağlayıb. Bu barədə Trend-ə Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibliyindən məlumat verilib.
Qeyd edək ki, "Universal Music Publishing Group" dünyanın ən böyük musiqi naşiridir.
Onun Türkiyədə fəaliyyət göstərən "Universal Music Taxim Edition" şöbəsi bəstəkarın musiqisini Türkiyədə və onun hüdüdlarından kənarda təbliğ etməklə yanaşı, həm də onun maraqlarını təmsil edəcək.
Xatırladaq ki, "Universal Music Taxim Edition" müxtəlif prodüser şirkətlərində, televiziya kanallarında, reklam agentliklərində, səsyazma şirkətlərində istifadə etmək üçün bütün janrlara aid musiqiləri təqdim etmək hüquqlarına da malikdir.
Eldar Mansurov "Universal Music" ilə əməkdaşlıq sazişi bağlayıb
Tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov bu yaxınlarda dünyamiqyaslı "Universal Music Publishing Group" şirkətinin Türkiyə üzrə təmsilçisi "Universal Music Taxim Edition" ilə əməkdaşlıq sazişi bağlayıb.
