Azərbaycan, Bakı, 13 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/
"Bakı Kristal Zalı" geniş imkanlara malikdir. Trend-in məlumatına görə, bunu ilk repetisiyadan sonra keçirdiyi mətbuat konfransında Çernoqoriyanın təmsilçisi Rambo Amadeus deyib.
Onun sözlərinə görə, hər şey çox gözəl təşkil edilib. Amadeus qeyd edib ki, "Bakı Kristal Zalı"n çox möhtəşəm səhnəsı və zalı var. O, məkanın dəniz kənarında inşa edilməsindən çox məmnun olduğunu bildirib.
Qeyd edək ki, bu gün "Eurovision Mahnı Müsabiqəsi-2012" iştirakçılarının repetisiyalarına start verilib.
İlk məşqi müsabiqədə ifa edəcəyi "Euro Neuro" mahnısı ilə Çernoqoriyanın təmsilçisi Rambo Amadeus keçirib.
Gün boyu davam edəcək məşqlərdə İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsverçrə, Belçika və Finlandiya təmsilçiləri iştirak edəcəklər.