...

İrlandiyanın "Eurovision” təmsilçiləri yarışmada hər kəsi özlərinə rəqib hesab edirlər (FOTO)

Mədəniyyət Materials 14 May 2012 21:57 (UTC +04:00)
İrlandiyanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən əkiz qardaşlardan ibarət “Jedward” qrupunun üzvləri müsabiqədə hər kəsi özlərinə rəqib hesab etdiklərini deyiblər.
İrlandiyanın "Eurovision” təmsilçiləri yarışmada hər kəsi özlərinə rəqib hesab edirlər (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/

İrlandiyanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən əkiz qardaşlardan ibarət "Jedward" qrupunun üzvləri müsabiqədə hər kəsi özlərinə rəqib hesab etdiklərini deyiblər.

Trend-in məlumatına görə, qrup üzvləri "Bakı Kristal Zalı"nda ilk məşqlərindən sonra keçirdikləri mətbuat konfransında birincilik uğrunda gərgin mübarizə aparacaqlarını diqqətə çatdırıblar.

Əkiz qardaşlar Bakıda, ölkəmizdə olduqlarından çox böyük məmnunluq ifadə edib, burada gördükləri tarixi-memarlkıq və müasir üslubda tikilmiş binalara heyran olduqlarını bildiriblər.

Xüsusilə "Alov qüllələri", "Qız qalası" və əlbəttə ki, "Bakı Kristal Zalı"n gözəlliyindən, işıq effektlərindən danışan "Jedward" qrupu "Eurovision" müsabiqəsinə böyük önəm verdiklərini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti