...

"Muzeydə bir gecə" müsabiqəsinin qalibləri müəyyənləşdirilib

Mədəniyyət Materials 18 May 2012 16:44 (UTC +04:00)
18 May - Beynəlxalq Muzeylər Günü İçərişəhərdə maraqlı və innovativ ekskursiya layihələri arasında keçirilən "Muzeydə bir gecə" müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
"Muzeydə bir gecə" müsabiqəsinin qalibləri müəyyənləşdirilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

18 May - Beynəlxalq Muzeylər Günü İçərişəhərdə maraqlı və innovativ ekskursiya layihələri arasında keçirilən "Muzeydə bir gecə" müsabiqəsinin qalibləri müəyyənləşdirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, qaliblər bu gün müəllifləri olduqları ekskursiyaları nümayiş etdirəcəklər. Belə ki, saat 19:00-da Qız Qalasında, 19:40-da Sıratağlı dini-memarlıq kompleksində, 20:10-da Şirvanşahlar Sarayı Kompleksində, 20:40-da Numizmatik ekspozisiyada müvafiq olaraq qalib gəlmiş ekskursiyalar təqdim olunacaq. Arzu edən hər kəs bu ekskursiyalarda iştirak edə bilər.

Qeyd edək ki, bu gün 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan muzey və abidələrdə "açıq qapı" günü elan edilib.

Xəbər lenti

Xəbər lenti