...

Səbinə Babayeva Eurovision 2012-də "Press Award" mükafatına layiq görülüb

Mədəniyyət Materials 28 May 2012 10:50 (UTC +04:00)
Azərbaycanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edən və 42 ölkə arasında dördüncülük qazanan Səbinə Babayeva builki yarışmada mətbuatın mükafatına (Press Award) layiq görülüb.
Səbinə Babayeva Eurovision 2012-də "Press Award" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 28 may /Trend /

Azərbaycanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edən və 42 ölkə arasında dördüncülük qazanan Səbinə Babayeva builki yarışmada mətbuatın mükafatına (Press Award) layiq görülüb.

Eurovision.az saytı xəbər verir ki, möhtəşəm şouda "When the music dies" mahnısını ifa edən Səbinə Babayeva media mənsublarının səverməsində birinci olaraq bu mükafata layiq görülüb.

Müsabiqədə "Ən yaxşı müğənni" (Artistic Award) mükafatı elə Eurovision 2012-nin qalibi, İsveç təmsilçisi Lorinə (Loreen) təqdim edilib. 57-ci Eurovision Mahnı Müsabiqəsində "Ən yaxşı bəstəkar" mükafatı müsabiqədə qalib mahnı "Euphoria"nın bəstəkarı Tomas Gison və Peter Bostroma verilib.

Xəbər lenti

Xəbər lenti