...

"YARAT!" təşkilatı Mahmud Rüstəmovun "Alternativ" layihəsini təqdim edib (FOTO)

Mədəniyyət Materials 29 İyun 2012 19:45 (UTC +04:00)
Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Qız Qalasının yaxınlığında rəssam Mahmud Rüstəmovun "Alternativ" layihəsinin təqdimatı olub.
"YARAT!" təşkilatı Mahmud Rüstəmovun "Alternativ" layihəsini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir V.İmanov/

Müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə cümə günü Bakıda Qız Qalasının yaxınlığında rəssam Mahmud Rüstəmovun "Alternativ" layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, "012 Baku Public Art Festival" çərçivəsində təşkil olunan tədbirdə tanınmış rəssamlar və ictimai xadimlər iştirak ediblər.

Müəllifin fikrincə, öz surreal icrasına uyğun olaraq, bu heykəl kompozisiyası Bakı şəhəri və Qız Qalası ilə bağlı olaraq rəmzi məna daşıyır. Belə ki, toyuq və burun hissələrindən ibarət olan hibrid animalistik fiqur aşağıdakını rəmz edir: Dünyada qida məhsulu kimi geniş şəkildə istifadə olunan toyuq açıqlıq, universallıq və transnasional rəmzi kimi görünür. Müəllif bu rəmzi öz çoxmədəniyyətli və transnasional xarakteri ilə fərqlənən sakinləri və açıqlığı, universallığı ilə məşhur olan Bakı ilə əlaqənləndirir. Başı ilə qabağa sürətlə irəliləyən burun sürətlə inkişaf edən və mürəkkəb infrastrukturlu şəhərə çevrilən Bakını rəmz edir.

Lakin, müəllifin fikrincə, texnoloji tərəqqi ilə bağlı gələcəyə yönəm, şəhərin öz mənəvi köklərini və milli xüsusiyyətlərini itirməsinə gətirməməlidir. Heykəltəraşlıq kompozisiyasında mövcud olan və qədimdən Azərbaycan mədəniyyətinin mənəvi rəmzi kimi qəbul olunan nar meyvəsi mənəvi köklərlə, Yer kürəsi ilə olan əlaqəni rəmz etdirir.

Müəllifin fikrincə, beləliklə, ilk animalistik fiqur Bakı şəhərini və onun inkişafının dinamikasını rəmz etdirir. Sosio-mədəni reallıq formatında gedən inkişaf kontekstində bu obyektin horizontal vəziyyətdə olmasını qeyd etmək vacibdir.

İnsan və ya insan törəməsi olan ikinci heykəl bizə nədən bəhz edir? Bu fıqur başqa planetdən gələnləri simvolizə edir. Və toyuq və burundan fərqli olaraq, о, dik durur, bu isə onu göy və yeri bağlayan şaquli ilə geometrik şəkildə əlaqənləndirir. Bu isə layihənin ən mühüm aspektlərindəndir: heykəl Qız Qalasının yanında yerləşir və bəzi hipotezlərə əsasən, kosmosla bağlı olaraq öz memarlıq xüsusiyyətləri ilə kosmik, "digər planetlərlə əlaqəli" sirləri özündə əks etdirir. Bu humanoid fiqur Qız Qalasının və Bakı şəhərinin ülvi mənşəyini rəmz etdirə bilər. Fantastik olaraq bu bədii əsərin məntiqinə uyğun olaraq, bu ideyanın mövcudluq hüququ var. Və, nəhayət, başqa bir mühüm konseptual detal: humanoidin əlində "propeyler" var. О, həmişə firlanacaq və bunun məntiqi Bakının küləklər şəhəri olmasını rəmz etdirir.

Qız Qalasının tikildiyi tarix məlum deyil. Bəzi fərziyyələrə görə, Qala XII əsrdə tikilib. Qalanın yuxarı hissəsinin çöl tərəfində yerləşən yazılı lövhənin yaşı bundan xəbər verir. Qədim kufi xətti ilə cızılmış və lövhə üzərində oyularaq yazılmış yazıda "Məsud İbn Davud qübbəsi" deyilir. Həmin yazıdan biz inşaatçının adını öyrənirik - Davudun oğlu Məsud. Qüllə iki mərhələdə tikilib. Ehtimal edildiyi kimi, birinci mərhələ islamaqədərki dövrə aiddir, yazı isə daha sonrakı dövrə, göründüyü kimi, XII əsrə aiddir. Qüllənin inşa edildiyi əhəng məhlulunu və daşın rəngini öyrəndikdən sonra alimlər belə qənaətə gəliblər ki, o, eramızdan əvvəl I əsrdən tez olmayaraq (bu məhlulla inşa edilən ən qədim bina Qəbələdə aşkar edilib və eyni dövrə aiddir), lakin eramızın X əsrindən gec olmayaraq inşa edilib, çünki qüllənin inşa edildiyi daşlar Məhəmməd məscidinin daşları ilə eynidir.

Qeyd edək ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən yaradılan "YARAT!" qeyri-kommersiya təşkilatı Azərbaycanın müasir incəsənətinin həm ölkəmizdə, həm də xaricdə peşəkar surətdə irəli çəkilməsi və inkişafı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti