...

Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş nadir miniatürlərin orijinalı Azərbaycana gətirilib (FOTO)

Mədəniyyət Materials 22 Oktyabr 2012 10:26 (UTC +04:00)
XVI əsrin əvvəli Kəşmirdə yazılmış bu əlyazmalar 238x140 mm ölcüsündə, yazıları isə 165x90 mm ölcüsündədir. İsgəndəri təsvir edən müxtəlif rəng çalarlarından istifadə olunmuş miniatür qızıl suyuna salınıb.
Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş nadir miniatürlərin orijinalı Azərbaycana gətirilib  (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın dahi şairi Nizami Gəncəvi irsinin onun doğma şəhərinə gətirilməsi istiqamətində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayədarlar Şurasının təsisçi üzvləri İsmayıl Seragəldin və Vaira Vike-Freiberganın təşəbbüsü və müraciəti ilə dahi şairin əsərlərinə həsr olunmuş nadir miniatürlərin orijinalı Gəncəyə gətirilib. Trend-in məlumatına görə, bu barədə "YES" Qlobal Gənclər Şəbəkəsinin Azərbaycan nümayəndəliyindən bildirilib.

XVI əsrin əvvəli Kəşmirdə yazılmış bu əlyazmalar 238x140 mm ölcüsündə, yazıları isə 165x90 mm ölcüsündədir. İsgəndəri təsvir edən müxtəlif rəng çalarlarından istifadə olunmuş miniatür qızıl suyuna salınıb.

Bununla yanaşı, Himayədarlar Şurasının təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dünyanın 100 dən çox ölkəsindən 3 500 000 rəqəmsallaşdırılmış əlyazma vərəqləri Gəncə şəhərinə təhvil verilib.

Bu yaxınlarda Gəncə şəhərində keçirilən Nizami Gəncəvi 870 beynəlxalq tədbirləri dünyanın bir çox nüfuzlu kitabxanalarının və mərkəzlərinin səhifələrində və nüfuzlu insanların sosial səhifələrində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti