...

Mədəniyyət və Turizm Nazirliyi bu il üçün "Zirvə" mükafatı təsis edib

Mədəniyyət Materials 29 Yanvar 2013 17:49 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2013-cü il üçün teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis edib.
Mədəniyyət və Turizm Nazirliyi bu il üçün "Zirvə" mükafatı təsis edib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2013-cü il üçün teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis edib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, "Zirvə" mükafatı 2013-cü ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə veriləcək.

Mükafatlar mart ayında Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə veriləcək.

Qaliblərə rəmzi simvol, diplom və pul mükafatı təqdim olunacaq. Mükafata təqdimatlar fevral ayının 20-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti