...

"World Travel Channel" Azərbaycanda çəkilişlər aparacaq

Mədəniyyət Materials 13 May 2013 20:56 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyənin "World Travel Channel" telekanalının 4 nəfər əməkdaşı Azərbaycanda səfərdədirlər. Səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Türkiyənin "World Travel Channel" telekanalında yayımlanmasıdır.
"World Travel Channel" Azərbaycanda çəkilişlər aparacaq

Azərbaycan, Bakı, 13 may /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyənin "World Travel Channel" telekanalının 4 nəfər əməkdaşı Azərbaycanda səfərdədirlər. Səfərin məqsədi Azərbaycanın turizm potensialını əks etdirən sənədli filmin hazırlanması və Türkiyənin "World Travel Channel" telekanalında yayımlanmasıdır.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, bununla əlaqədar cari ilin 8-18 may tarixində Bakıda, Qubada, İsmayıllıda, Şəkidə, Qəbələdə, Lerikdə, Lənkəranda, Naftalanda, Gəncədə çəkilişlərin aparılması nəzərdə tutulub.

Məlumat üçün bildiririk ki, adıçəkilən telekanalın əməkdaşları 2012-ci ildə də Bakıda keçirilən "AİTF" Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində Azərbaycana səfər etmiş və ölkəmiz haqqında film hazırlamışdılar.

Bundan əlavə, indiyədək Türkiyənin "Bəyaz TV" telekanalının əməkdaşları tərəfindən ölkəmizdə çəkiliş aparılıb və telekanalın "Dünya turu" proqramında 3 dəfə Azərbaycana həsr edilən veriliş yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti