...

Vətəndaşlar Əbülfəs Qarayevdən nə istəyiblər? (FOTO)

Mədəniyyət Materials 30 Avqust 2013 14:28 (UTC +04:00)
Avqustun 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan şəhərində, Olimpiya İdman Kompleksində Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.
Vətəndaşlar Əbülfəs Qarayevdən nə istəyiblər? (FOTO)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Avqustun 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan şəhərində, Olimpiya İdman Kompleksində Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib.

40-a yaxın vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların fikir və təklifləri dinlənilib.

Müraciətlər əsasən, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə tarix-mədəniyyət abidələrinin bərpa və təmirinə, mədəniyyət evlərinin tikintisinə köməklik göstərilməsi, uşaq musiqi və incəsənət məktəbləri üçün yeni filialların açılması, folklor kollektivlərinin fəaliyyətinin genişləndirilməsi, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma, sosial problemlərin həlli, kitabxanalara ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı olub.

Bəzi müraciətlərdə konkret təklif və təşəbbüslər irəli sürülüb, o cümlədən Basqal və Lahıc Tarix-Mədəniyyət qoruqlarının fəaliyyətinin genişləndirilməsinə köməklik edilməsi, mədəniyyət kollektivlərinə lazımi texniki avadanlıqların verilməsi xahiş olunub.

Qəbula yazılmış vətəndaşları diqqətlə dinləyən nazir səslənən bütün xahiş və təkliflərin nəzərdən keçiriləcəyini, onların həlli yönündə zəruri addımların atılacağını bildirib.

Əbülfəs Qarayev mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Vurğulanıb ki, indiyədək təşkil olunan görüşlərdə bir sıra məsələlər müsbət həllini tapıb. Regionlarda yaşayan mədəniyyət işçiləri dövlətin apardığı siyasəti dəstəkləyirlər. Müraciət edənlər bir çox hallarda vətəndaşlıq mövqeyi nümayiş etdirərək ayrı-ayrı məsələlərə xüsusi diqqət göstərilməsini xahiş edirlər. Bütün müraciətlərə diqqətlə yanaşılıb.

Nazir bəzi vətəndaşların sosial və digər şəxsi məsələlərlə bağlı xahişlərinin olduğunu deyərək bu müraciətlərin də diqqətdə saxlanılacağını bildirib.

Qeyd edilib ki, vətəndaşlarla görüşlər davam edəcək. Növbəti qəbul cari ilin sentyabr ayının 6-da Cəlilabad şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti