...

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar yurdu" fotomüsabiqəsi elan edilib

Mədəniyyət Materials 2 Oktyabr 2013 16:09 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar yurdu" fotomüsabiqəsini elan edir.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar yurdu" fotomüsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar yurdu" fotomüsabiqəsini elan edir.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, müsabiqəyə Azərbaycanın təbiət mənzərələrini, adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunur.

Müsabiqənin keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməkdir.

Müsabiqəyə fotolar 30 oktyabr 2013-cü il tarixinədək qəbul olunur. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər.

Qalibləri beynəlxalq münsiflər heyəti müəyyən edəcək. Ən yaxşı işlər 20-24 noyabr 2013 tarixində Nizami Kino Mərkəzində sərgilənəcək.

Qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılacaq.

Daha ətraflı məlumatı Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi veb saytından əldə etmək olar: http://www.bitff.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti