...

İrina Bokova ikinci dəfə YUNESKO-nun baş direktoru təyin edilib

Mədəniyyət Materials 5 Oktyabr 2013 03:03 (UTC +04:00)
İrina Bokova YUNESKO-nun İcraiyyə Şurasına daxil olan 58 üzv-dövlət tərəfindən ikinci dəfə 4 il müddətinə təşkilatın baş direktoru təyin edilib.
İrina Bokova ikinci dəfə YUNESKO-nun baş direktoru təyin edilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

İrina Bokova YUNESKO-nun İcraiyyə Şurasına daxil olan 58 üzv-dövlət tərəfindən ikinci dəfə 4 il müddətinə təşkilatın baş direktoru təyin edilib. Bu barədə YUNESKO-nun Trend-ə daxil olan rəsmi press-kommünikesində deyilir.

Seçkiqabağı kampaniyada üç namizəd iştirak edib: İrina Bokova (Bolqarıstan), Rəşad Dəra (Cibuti) və Jozef Maila (Livan).

Səsvermənin birinci turu başa çatdıqdan sonra İcraiyyə Şurasının sədri, səfir Alissandra Kummins (Barbados) nəticələri açıqlayıb:

"İrina Bokova qeydə alınan səslərin əksəriyyətini yığaraq ikinci müddətə YUNESKO-nun baş direktoru vəzifəsinə təyin olunur".

Noyabrın 12-də İcraiyyə Şurasının qərarı bəyənilməsi üçün Baş Konfransa təqdim ediləcək. Konfransın işində YUNESKO-nun 195 üzv-dövlətinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, İ.Bokova 1952-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olub. 2009-cu ildə YUNESKO-nun baş direktoru seçilən xanım İ.Bokova bu vəzifədə çalışan ilk qadındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti