...

Azərbaycan tarixi və mədəniyyəti Cənubi Afrika Respublikasında təbliğ olunub (FOTO)

Mədəniyyət Materials 28 Oktyabr 2013 12:56 (UTC +04:00)
Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyi fəaliyyət göstərdiyi ölkənin Pretoriya şəhərində artıq ikinci dəfədir ki, CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi “Diplomatik Yarmarka”da iştirak edib.
Azərbaycan tarixi və mədəniyyəti Cənubi Afrika Respublikasında təbliğ olunub (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend, müxbir S.Əhmədova /

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi fəaliyyət göstərdiyi ölkənin Pretoriya şəhərində artıq ikinci dəfədir ki, CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi "Diplomatik Yarmarka"da iştirak edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasinin Cənubi Afrika Respublikasindakı səfirliyinin məlumatına bildirilir.

Məlumatda qeyd olunur ki, hər il təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Azərbaycanın CAR-dakı səfirliyi isə öz növbəsində "CAR-da Azərbaycan Dostları" qeyri-hökumət təşkilatının dəstəyi ilə Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, xalçalar, kitablar, və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib.

Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqqında broşur və bukletlər təqdim edilib, Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və ölkəmizlə bağlı diğər mövzulara həsr edilmiz çap materialı paylanılıb.

Tədbiri gün ərzində minlərlə xarici və yerli vətəndaş ziyarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti