...

Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub (FOTO)

Mədəniyyət Materials 6 Noyabr 2013 14:02 (UTC +04:00)
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ problemi ilə bağlı Türkiyədə kitab dərci" adlı layihə həyata keçirib.
Türkiyədə Qarabağ problemi ilə bağlı elmi əsər dərc olunub (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qarabağ problemi ilə bağlı Türkiyədə kitab dərci" adlı layihə həyata keçirib.

Trend-in məlumatına görə, layihənin həyata keçirilməsinin əsas səbəbi Azərbaycan üçün qardaş ölkə və qonşu dövlət olmasına baxmayaraq, Türkiyədə də mövzu ilə əlaqədar elmi ədəbiyyatın əskikliyinin hiss edilməsi olub.

Layihə şarşivəsində "Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu" ("Yeni Qlobal Mübarizədə Qafqaz və Qarabağ Problemi") adlı əsər Türkiyədə dərc olunub. Əsərin müəllifi QAFSAM-ın sədri və Xəzər Universitetinin müəllimi Araz Aslanlıdır.

Kitabın nəşri üçün Türkiyədəki nüfuzlu Avrasiya İqtisadi Münasibətlər Dərnəyi ilə əməkdaşlıq edilib. 1000 tirajla çap olunan kitab Türkiyədəki dövlət qurumlarına, kitabxanalara, ictimai, siyasi, elmi xadimlərə, xarici ölkə səfirliklərinə və media nümayəndələrinə çatdırılıb. Eyni zamanda, Türkiyədə kitabın mövzusu üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti