...

Gəncədə tezliklə yeni Dram Teatrı binasının təməli qoyulacaq

Mədəniyyət Materials 23 May 2014 19:34 (UTC +04:00)
1932-ci ildən fəaliyyət göstərən Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın Gəncəçayın sağ sahilində tikilməsi nəzərdə tutulur.
Gəncədə tezliklə yeni Dram Teatrı binasının təməli qoyulacaq

Azərbaycan, Bakı, 23 may /Trend/

Gəncədə yaxın vaxtlarda yeni Dram Teatrı binasının təməli qoyulacaq. Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə,bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.

1932-ci ildən fəaliyyət göstərən Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın Gəncəçayın sağ sahilində tikilməsi nəzərdə tutulur.

E.Vəliyev qeyd edib: "Cənab prezidentin tapşırığına əsasən, artıq Gəncədə yeni filarmoniyanın tikintisinin tezliklə başa çatdırılması və Dram Teatrının tikintisi üçün vəsait ayrılıb. Və çox qısa zamandan sonra təməlqoyma mərasimi keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti