...

Tanınmış türk yazarın Bakıda şeir gecəsi və imza günü keçiriləcək

Mədəniyyət Materials 10 Aprel 2015 15:16 (UTC +04:00)
Hədəf Nəşrlərinin dəvəti, Kitabevim.az mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Türkiyənin məşhur yazarı Kahraman Tazeoğlu Bakıda səfərdə olacaq.
Tanınmış türk yazarın Bakıda şeir gecəsi və imza günü keçiriləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Hədəf Nəşrləri"nin dəvəti, "Kitabevim.az" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Türkiyənin məşhur yazarı Kahraman Tazeoğlu Bakıda səfərdə olacaq.

Trend-in məlumatına görə, aprelin 11-də saat 16:00-da "Kitabevim.az" mağazalar şəbəkəsində şairin "XAN" nəşriyyatı tərəfindən Azərbaycan dilinə çevrilmiş "Bukre" romanı və "Səni içimdən tərk edirəm" şeir kitablarının imza günü keçiriləcək.

12 apreldə şəhər gəzintisinə çıxacaq müəllif 16:00-da "Kitabevim.az" mağazalar şəbəkəsində "Şeir gecəsi"nə qatılacaq. Tədbirdə oxucular K.Tazeoğlunun şeirlərini şairin öz dilindən eşidə biləcəklər.

Qeyd edək ki, şeir gecəsinə giriş biletlədir. Bilet alan hər kəsə K.Tazeoğlunun "Bukre" kitabı hədiyyə olunacaq.

20:30-da şam yeməyi ətrafında gənc yazarlarla görüş təşkil ediləcək.

K.Tazeoğlu 1969-cu ilin 10 avqustunda Türkiyənin İstanbul şəhərində anadan olub. İş fəaliyyətinə radio aparıcısı kimi başlayan K.Tazeoğlu 2001-ci ildən bədii yaradıcılığa başlayıb. Bu günə kimi "Seni içimden terk ediyorum", "Ölü bir kentin morq alfabesi", "Mavi ada mektupları", "Tutsak mektuplar", "Araz", "Susacak ev", "Mavi ev", "Beni susarken bölme", "Başka", "Eyvallah", "Kayıp Yüzyılın prensesi", "Bambaşka" kimi kitabların müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti