Azərbaycan, Bakı, 28 aprel /Trend/
Aprelin 30-da Beynəlxalq caz musiqisi günü münasibətilə Fransanın paytaxtı Parisdə silsilə tədbirlər və konsert proqramları təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanı bu tədbirdə "Cəngi" estrada folklor ansamblı, ansamblın bədii rəhbəri, əməkdar artist Mircavad Cəfərov, pianoçu Etibar Əsədli və cazmen İsfər Sarabski təmsil edəcək.
Azərbaycan musiqiçiləri Parisin ən aparıcı caz klublarından birində çıxış edəcəklər. Bu konsertlər ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.