...

“Üçüncü artıqdır 2” filminin qapalı nümayişi “28 Cinema”da

Mədəniyyət Materials 22 İyun 2015 14:30 (UTC +04:00)
“28 Cinema” “Üçüncü artıqdır 2” filminin ümumdünya premyerasına bir gün qalmış qapalı nümayiş təşkil edir.
“Üçüncü artıqdır 2” filminin qapalı nümayişi “28 Cinema”da

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"28 Cinema" "Üçüncü artıqdır 2" filminin ümumdünya premyerasına bir gün qalmış qapalı nümayiş təşkil edir.

Universal Pictures məhşur komediya "Üçüncü artıqdır" filminin davamının premyera tarixini elan edib. "28 Cinema"dan Trend-ə verilən məlumata görə, film iyunun 25-də nümayişə çıxacaq.

Set MakFarleyn yenidən ssenarist və rejissor rolunda çıxış edəcək, həmçinin baş qəhrəmanı səsləndirəcək. Filmin ilk hissəsində rol alan baş qəhrəmanların da qayıdışı gözlənilir. Komediya dünya üzrə 549 milyon büdcə toplayıb və bununlada R reytinqli komediya olub.

Filmin ümumdünya premyerasına bir gün qalmış, iyunun 24-də "28 Cinema" kinoteatrında yayın super premyerası keçiriləcəkdir. Tədbirə şou-biznes ulduzları, məhşur jurnalistlər və bloggerlər dəvət olunacaq. Tədbir Ekspressbank-ın və İdeal mağazalar şəbəkəsi tərəfindən olan, göstərdiyi yüksək xidmət ilə müştərilə tərəfindən bəyənilən TOUS Parfum brendinin dəstəyi ilə keçiriləcək.

Həmçinin tədbirin xüsusiliyini qeyd etmək istərdik. Həmin gün kinoteatra öz oyuncaq ayısını gətirən, uşaqlara xoşbəxtliyin bir hissəsini bəxş etmiş olacaq. Tədbirdən sonra yumşaq oyuncaqlar sığınacaqlardan olan uşaqlara və aztəminatlı ailələrin uşaqlarına veriləcək.

"28 Cinema" kinoteatr Sizləri kino tarixində ən yaxşı premyeralar ilə və xoş sürprizlər ilə sevindirməyə hər zaman hazırdır.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti