...

Koreyada "Azərbaycan Günü" keçiriləcək

Mədəniyyət Materials 27 İyul 2015 16:49 (UTC +04:00)
Koreyanın Gyeongju şəhərində 25-30 avqust tarixlərində “Azərbaycan Günü” keçiriləcək.
Koreyada "Azərbaycan Günü" keçiriləcək

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Koreyanın Gyeongju şəhərində 25-30 avqust tarixlərində "Azərbaycan Günü" keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il 21 avqust - 18 oktyabr tarixlərində Koreyanın Gyeongju şəhərində "Gyeongju İpək Yolu" adlı festivalın keçirilməsi nəzərdə tutulub.

Festival zamanı 25-30 avqust tarixlərində "Azərbaycan Günü" elan ediləcək. Bununla bağlı bir həftə ərzində Azərbaycan Dövlət Rəqs Ansamblıın, Qədim Musiqi Alətləri Ansamblının, bir pianoçunun, iki nəfər opera müğənnisinin və Qəbələ şəhərinin iki nəfər saz ifaçısının mədəniyyət proqramı ilə çıxışları gözlənilir.

Bununla əlaqədar olaraq, Azərbaycan və Koreya ölkələri arasında mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi və milli musiqi mədəniyyətimizin ölkəmizin hüdudlarından kənarda təbliği məqsədilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının 13 nəfərdən ibarət üzvü 18-27 avqust 2015-ci il tarixində 10 gün müddətinə Koreyanın Gyeongju şəhərinə səfər edəcək.

Festivalda Gyeongju şəhəri ilə Qəbələ şəhəri arasında qardaşlıq memorandumunun da imzalanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti