...

Gənc Tamaşaçılar Teatrında yeni mövsümün ilk premyerası (FOTO)

Mədəniyyət Materials 5 Oktyabr 2015 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, şair-publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun "Biri vardı, biri yox" pyesi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc və istedadlı aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.

Tamaşanın mövzusu meşə heyvanlarının zəlzələ olacağı barədə xəbəri insanlara çatdırmaq, onları bu təbii fəlakətdən xilas etmək haqqında öz aralarındakı məsləhətləşmələri, insanlara kömək etmək istəklərinə qarşı rastlaşdıqları maneələri necə dəf etmələrindən bəhs edir.

Yeni tamaşa uşaqlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara kömək əli uzatmaq kimi nəcib hissləri aşılayır.

Yeni tamaşanın cari ilin noyabr ayının 1-də nümayiş etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti