...

"Gənclik-İstanbul" beynəlxalq film müsabiqəsinin mükafatlandırma mərhələsi keçirilib

Mədəniyyət Materials 28 Noyabr 2015 12:43 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə İstanbul şəhərinin 2015-ci il üçün “İslam dünyası Gənclik Paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirləri çərşivəsində “Qlobal Problemlərin Həllində Gəncliyin Kreativliyi” mövzusunda keçirilən “Gənclik-İstanbul” adlı beynəlxalq film müsabiqəsi başa çatır.
"Gənclik-İstanbul" beynəlxalq film müsabiqəsinin mükafatlandırma mərhələsi keçirilib

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə İstanbul şəhərinin 2015-ci il üçün "İslam dünyası Gənclik Paytaxtı" elan edilməsi ilə bağlı silsilə tədbirləri çərşivəsində "Qlobal Problemlərin Həllində Gəncliyin Kreativliyi" mövzusunda keçirilən "Gənclik-İstanbul" adlı beynəlxalq film müsabiqəsi başa çatır.

Müsabiqənin keçiriləcəyi ilə bağlı elan 3 ay əvvəldən bütün beynəlxalq media kanalları ilə elan olunmuş və ölkəsindən, dinindən asılı olmayaraq gənclərdən ibarət bütün yaradıcı qruplar öz filmlərini müsabiqəyə göndərməyə dəvət olunmuşdu. Müsabiqədə iştirak edəcək filmlər "qaçqınlar", "zorakılıq və terrorizm", "gəncliyin iştirakı", "qloballaşma və etnik çağırışlar" və s. mövzulara uyğun olmalı idi.

Keçən müddət ərzində Kambocadan tutmuş Komor adalarına qədər İran, İsveç, Hindistan, Çin, Braziliya, Fransa, Türkiyə, İspaniya, Litva, Fələstin kimi ölkələr daxil olmaqla 57 ölkədən müsabiqəyə 859 film göndərilmişdi. İKGF və Boğaziçi Beynəlxalq Film Dərnəyinin nümayəndələrindən ibarət münsiflər heyəti bu çoxsaylı filmlər içindən ən orijinal 4 filmi qalib olaraq seçmişdi.

Noyabrın 27-də isə "Gənclik-İstanbul" film müsabiqəsində qalib gələn filmlərin təqdimatı və yaradıcı heyətinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Mükfatlandırma və təqdimat mərasimi İstanbulun Camal Rəşid Rəy konsert salonunda, Beynəlxalq Boğaziçi film festivalının bağlanış mərasimi ilə eyni zamanda keçirilib. Finalçılar siyahısına düşmüş 10 müxtəlif ölkədən olan 12 film, eyni zamanda Boğaziçi Film Festivalı çərçivəsində 21 və 24 noyabr tarixlərində İstanbulda nümayiş etdirilib.

12 finalçı siyahısında olan filmlər:

"Beatiful City" - İran
"Believe in yourself" - Rusiya
"Bosnian Roulette" - Böyük Britaniya
"Colorful knots" - Kamboca
"Cuerdas" - İspaniya
"Why?!" - İspaniya
"Escale à Pajol" - Komor Adaları
"In the Near Future" - Fransa
"Letter to Barack Obama" - İsveç
"Mama" - Türkiyə
"Rainbow" - Türkiyə
"The Refugee" - Hindistan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti