...

Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 4 Fevral 2016 20:02 (UTC +04:00)
Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

Bakı. Trend:

Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 fevral 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 98 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Gecədə Q.Qarayevin, Fərəc Qarayevin və Dmitri Şostakoviçin əsərləri səslənəcək.

Konsertdə İspaniyada təhsil alan, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc skripkaçı Elvin Qəniyevin və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında D.Şostakoviçin skripka və orkestr üçün 1 saylı konserti, F.Qarayevin "Quasi una Fantasia" və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti