...

Turistlərə xidmətlərin təhlili və səviyyəsi müzakirə edilib

Mədəniyyət Materials 3 May 2016 11:37
Bölgələrdə yay turizm mövsümündə turistlərə göstəriləcək mədəni xidmətlər müzakirə olunub.
Turistlərə xidmətlərin təhlili və səviyyəsi müzakirə edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Mədəniyyət və turizm nazirinin əmrinə əsasən, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədilə yaradılmış nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupunun üzvüləri bölgələrdə keçirilən görüşləri davam etdirirlər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 28-dən mayın 1-ə qədər işçi qrupunun rəhbəri Fuad Nağıyev və qrupun üzvlərindən Namiq Qulamov, Pərviz İsgəndərli, Bəxtiyar Qılıncov və Seymur Həsənov Şamaxı, İsmayıllı və Şəki rayonlarında görüşlər keçiriblər.

Görüşlər turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turistlərə təqdim edilən xidmətlərin təhlili və xidmətlərin səviyyəsinin artırılması məqsədilə təşkil olunub.

Keçirilən görüşlərdə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının mədəniyyət və turizm şöbələrinin təqdim etdikləri yay mövsümü ilə bağlı tədbirlər planında nəzərdə tutulan mədəni proqramların qeyd olunan rayonlarda yerləşən mehmanxanalarda və digər turizm müəssisələrində təşkil olunmasının razılaşdırılması və eyni zamanda turizm şirkətlərinin nazirliyin yerli şöbələri ilə birlikdə mövsümə hazırlığı müzakirə olunub.

Görüşlərdə yay turizm mövsümündə turistlərə mədəni xidmətlərin təqdim edilməsi istiqamətində müzakirələr aparılıb və yeni imkanlar araşdırılıb. Mövcud vəziyyət, iş şəraiti və problemlərlə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti