...

"Unudulmaz görüş" kitabının imza günü keçirilib (FOTO)

Mədəniyyət Materials 14 İyun 2016 18:30 (UTC +04:00)
Şəbnəm Tofiqqızının “Unudulmaz görüş” adlı kitabının imza günü keçirilib.
"Unudulmaz görüş" kitabının imza günü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natavan" klubunda gənc yazıçı, AYB-nin üzvü, AJB-nin üzvü, "Qızıl qələm" mükafatçısı və bir sıra mükafatlara, fəxri diplomlara layiq görülmüş Şəbnəm Tofiqqızının "Unudulmaz görüş" adlı kitabının imza günü keçirilib.

Xatırladaq ki, bu kitab müəllifin artıq üçüncü kitabıdır. Bundan öncə gənc yazarın "Acı həqiqət", "Taleyin bir üzü" adlı kitabları çapdan çıxıb. "Taleyin bir üzü" adlı dram əsəri 2014-cü ildə Füzuli Dram Teatırında tamaşaya qoyulub.

"Unudulmaz görüş" adlı 2 pərdədən və 11 şəkildən ibarət olan dram əsəri Qarabağ döyüşçüsünün həyatından bəhs edir. Əsərin bütünlüklə motivləri Qarabağ müharibəsindən götürülüb.

Kitaba daxil olan ikinci əsər 2 pərdəli və 10 şəkildən ibarət olan "Qadın hökmü" adlı dram əsəridir. Müəllif kitabda cəmiyyətdə, eləcə də ailədə qadının böyük qüvvə olmasını oxucuya ustalıqla çatdırır.

"Unudulmaz görüş" kitabının redaktoru AYB-nin İdarə Heyətinin üzvü Əsəd Cahangir, ön sözü isə AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi yazıb. Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi Tofiq Baharovun və AMEA-nın aparıcı elmi işçisi Bünyad Kazımovun fikirləri dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti