...

Gəncə "ASAN xidmət"in könüllüləri Bakıda "Məhəbbətin qənimi" tamaşasını təqdim ediblər (FOTO)

Mədəniyyət Materials 16 İyun 2016 15:08 (UTC +04:00)
Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Gəncə "ASAN xidmət" mərkəzinin könüllüləri "Məhəbbətin qənimi" tamaşasını təqdim ediblər.
Gəncə "ASAN xidmət"in könüllüləri Bakıda "Məhəbbətin qənimi" tamaşasını təqdim ediblər (FOTO)

Bakı-Trend:

Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Gəncə "ASAN xidmət" mərkəzinin könüllüləri "Məhəbbətin qənimi" tamaşasını təqdim ediblər.

Trend-in məlumatına görə, könüllülər şairə Xəzangül Hüseynovanın "Məhəbbətin qənimi" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanı öz rolları ilə canlandırıblar. Faiq Qasımovun quruluş verdiyi tamaşada 10 könüllü rol alıb.

Xronometrajı 1 saat 20 dəqiqə olan tamaşada ərlə arvad arasında yaranan ailə münaqişəsinin faciəvi sonluğundan bəhs olunur.

Qeyd edək ki, ilk dəfə bu tamaşa Gəncə Dövlət Dram Teatrında təqdim olunub və səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşadan sonra çıxış edən şairə Xəzangül Hüseynova "ASAN xidmət" mərkəzinin könüllülərinin tamaşanı peşəkar oynadıqlarını vurğulayıb və "ASAN xidmət" rəhbərliyinə gənclərin iç dünyasının inkişafına xidmət edən bu cür tamaşaların təqdimatına göstərdiyi dəstəyə görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti