...

YARAT-ın dəstəyi ilə Azərbaycanın dini tolerantlıq və multikulturalizm modeli müzakirə olunub (FOTO)

Mədəniyyət Materials 15 İyul 2016 11:56 (UTC +04:00)
YARAT Müasir İncəsənət Mərkəzində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal prespektivləri” adlı tədbir keçirilib.
YARAT-ın dəstəyi ilə Azərbaycanın dini tolerantlıq və multikulturalizm modeli müzakirə olunub (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün YARAT Müasir İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkə tərəfindən "Multikulturalizm ili" çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində “Qərb və Şərq arasında körpü rolu oynayan Azərbaycanın dini tolerantlıq və multikulturalizm modelinin qlobal prespektivləri” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmiləri, UNESCO üzrə Milli Komissiyasının nümayəndəsi, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri keçirməkdə məqsəd Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğatına xidmət edən layihələr planının təqdim olunması və rəsmilərin bu məsələyə olan münasibətinin məqalə formasında 30 ölkədən 37 təmsilçimiz tərəfindən nəşrinə nail olmaqdır.

Tədbirdə çıxış edən YARAT Müasir İncəsənət Mərkəzinin Bədii direktoru Byorn Qeldhof bidirib ki, bu gün dünyada multikultralizm mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilir. B.Geldhof deyib ki, YARAT Müasir İncəsənət Mərkəzi Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görür.

Tədbirdə çıxış edən AGAT-ın sədri Nərgiz Xələf bildirib ki, multiklturalizm Azərbaycanın bir dəyəridir. O deyib ki, tarixən Azərbaycanda multikultural dəyərlərə böyük önəm verilib.

N.Xələf qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bunun bariz nümunəsidir: “Azərbaycan multikulturalizm ənənələrinin inkişaf etdirilməsi və dünyaya göstərilməsi istiqamətində bütün vətəndaş cəmiyyəti təşkilatları fəal olmalıdır".

Sonra tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, Azərbaycan multikulturalizm anlayışını yaşadır və onun dünyaya bariz nümunəsini göstərir.

O qeyd edib ki, bu gün sevindirici haldır ki, gənclər təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm ilə bağlı çağırışına çox ciddi reaksiya verərək bu istiqamətdə fəal iş həyata keçirirlər. V.Quliyev bildirib ki, müxtəif dinlərin nümayəndələri tarix boyu Azərbaycanda mehribanlıq şəraitində yaşayıblar: “Azərbaycan bu gün də bu ənənələri yaşadır və dünyaya bir nümunə göstərir”.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Azərbaycanın multikultural ənənələrindən danışaraq bildirib ki, Azərbaycan bütün dünyaya, o cümlədən zəngin təcrübəyə sahib olan Qərb dövlətlərinə bir nümunədir. O qeyd edib ki, əgər bütün dünya dövlətləri mutikultural ənənələrə Azərbaycan qədər dəyər versəydi, bu gün dünyada bu qədər münaqişələr mövcud olmazdı.

Tədbirdə YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası təşkilatı (AGAT) və Beynəlxalq Multikultural Şəbəkənin birgə təşkilatçılığı ilə həyata keçirilən beynəlxalq səviyyədə elan olunan “Multikulturalizm hər yerdə: Foto və Poster müsabiqəsi-2016”, respublika çərçivəsində elan olunan “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və qlobal perspektivləri” mövzusunda analitik yazı müsabiqəsinin və Beynəlxalq Multikulturalizm Şəbəkəsinin rəsmi bloqunun, eyni zamanda, şəbəkənin nəzdində xarici ölkələrdə fəaliyyət göstərən 40-a yaxın “Ölkə Təmsilçiləri"nin təqdimat mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti