...

Türkiyəli aşpaz ən çox ət yeyən və ən çox bəxşiş verən türk məşhurunun adını açıqladı (FOTO)

Mədəniyyət Materials 28 Oktyabr 2016 21:12 (UTC +04:00)
25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan həmçinin "dünyanın ən cəld qəssabı" adına layiq görülüb
Türkiyəli aşpaz ən çox ət yeyən və ən çox bəxşiş verən türk məşhurunun adını açıqladı (FOTO)

Bakı. Trend:

25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan həmçinin "dünyanın ən cəld qəssabı" adına layiq görülüb.

Trend-in məlumatına görə, onu "ətin bilicisi" də adlandırırlar. Qardaş ölkənin bir çox məşhur simaları məhz onun məsləhət gördüyü ətləri alır və onun hazırladığı yeməkləri yeyirlər.

Türkiyəli ulduzların çoxunun üz tutduğu məşhur restoranlar şəbəkəsinin sahibi olan C.Asan maraqlı açıqlamalar verib. Qəssab-aşpaz tanınmışların yemək zövqündən danışıb. Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox məşhur insanlarına xidmət etdiklərini deyən C.Asan onların arasında daha çox Bülent Ersoyun fərqləndiyini bildirir: “Bülent Ersoyun Türk musiqisində də öz yeri var. Yeməkdə də özünəməxsus zövqü var. Bizə gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Menyusunu onun damaq dadına və zövqünə uyğun hazırlayırıq. Bülent Ersoy yeməyi çox sevir, yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir”.

C.Asan müğənninin daha çox dana ətindən hazırlanan bonlfle və antrikota üstünlük verdiyini deyir: “Ətin ən ləzzətli yeri yağlı hissəsidir, o da bunu bəyənir. Antrikot istəyirsə, mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var”.

Müştəriləri arasında hər kəslə gözəl ünsiyyət qurması ilə fərqlənən müğənni isə Murat Bozdur. C.Asan onun personalın ən sevimli müştərisi olduğunu bildirir: “ Ona görə də hər zaman onun üçün ən yaxşısını hazırlayıb təqdim edirlər. O da əti çox sevir. Sənətçilərin əksəriyyəti idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc olması üçün ət mütləqdir”.

Ət yeməkləri sevənlərdən biri də müğənni Demet Akalındır. C.Asan onun daha çox kababları, əsasən də lülə kababını sevdiyini açıqlayıb: “Demet Akalına yaxşı, təmiz, düzgün, gözəl bişmiş yemək təqdim etdikdə heç vaxt problem yaratmaz. Ümumiyyətlə isə, məşhurlar bizə heç kapriz də etmirlər. Çünki biz onların, onlar da bizim nə istədiyimizi bilirik".

C.Asan məşhurların bəxşiş vermə mövzusuna da toxunub. Onların arasında isə yenə də B. Ersoy fərqlənir: “Personala qarşı hamısı əliaçıqdır. Amma Bülent Ersoy özünü xoşbəxt hiss edirsə, sadəcə personaldakı insanlara çox bəxşiş vermir, həm də restorandan ayrıldıqdan sonra qarşısına çıxan hər kəsə pul verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti