...

Qazaxıstanda görkəmli bəstəkar Rauf Hacıyevin "Qafqaz əsiri" operettasının premyerası keçirilib (FOTO)

Mədəniyyət Materials 26 İyun 2017 10:15 (UTC +04:00)
Qazaxıstanın Qaraqanda şəhərində Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin “Qafqaz əsiri” operettasının premyerası keçirilib.
Qazaxıstanda görkəmli bəstəkar Rauf Hacıyevin "Qafqaz əsiri" operettasının premyerası keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Qazaxıstanın Qaraqanda şəhərində Azərbaycanın görkəmli bəstəkarı Rauf Hacıyevin “Qafqaz əsiri” operettasının premyerası keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, əsər R.Hacıyevin anadan olmasının 95 illiyinə həsr edilib. Əsas təşəbbüskarı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olan operettanın premyerası Qaraqanda vilayət hakimiyyətinin dəstəyi ilə baş tutub. Şaxtaçılar Mədəniyyət Sarayında nümayiş etdirilən tamaşanın rejissoru Azərbaycanın əməkdar artisti Əli Usubovdur.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Azərbaycan mədəniyyətinin türk dünyasında təbliği üçün bundan sonra da belə tamaşalar ölkənin müxtəlif şəhərlərində səhnələşdiriləcək.

Qaraqanda Akademik Musiqili Komediya Teatrının səhnələşdirdiyi premyera tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Qeyd edək ki, 1960-cı illərin sonundan başlayaraq Rusiyanın müxtəlif teatlarında səhnələşdirilən bu əsər Qaraqanda şəhərində ilk dəfə nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti