...

Bakıda "Bollywood Night" gecəsinə həsr olunmuş flaşmob keçirilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 19 Oktyabr 2017 20:11 (UTC +04:00)
Etibar Quliyevin rəhbərliyi ilə "Azərbaycanın ritmləri" gənclər rəqs qrupu qarşıdan gələn "Bollywood Night" möhtəşəm gecəsinə həsr olunmuş flaşmob keçirib.
Bakıda "Bollywood Night" gecəsinə həsr olunmuş flaşmob keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Etibar Quliyevin rəhbərliyi ilə "Azərbaycanın ritmləri" gənclər rəqs qrupu qarşıdan gələn "Bollywood Night" möhtəşəm gecəsinə həsr olunmuş flaşmob keçirib.

Bunu Trend-ə “Full House Entertainment”ın rəhbəri Dia Soun Kxe deyib.

Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil edilən möhtəşəm “Bollywood Night” bayramı noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

“Bollywood Night” Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə baş tutacaq, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq. Gecədə Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın kolleksiyası təqdim olunacaq.

Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında Ceyhun Bakinski və başqaları iştirak edəcək.

Qonaqlar arasında “hind Madonnası” və “Hindistanın pop-musiqisinin kraliçası” adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

“Bollywood Night” Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Daha ətraflı: https://www.facebook.com/bollywoodnight.in/

Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall”, “Asan Xidmət” mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.

Xəbər lenti

Xəbər lenti