...

Təhsil müəssisələrində Bülbülün 120 illik yubileyi qeyd edilir (FOTO)

Mədəniyyət Materials 25 Oktyabr 2017 10:46 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Bülbülün 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.
Təhsil müəssisələrində Bülbülün 120 illik yubileyi qeyd edilir (FOTO)

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Bülbülün 120 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilir.

İdarədən Trend-ə verilən məlumata görə, təhsil müəssisələrində Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğənni Bülbülün 120 illiyinə həsr olunan konfranslar, mühazirə və disputlar, “Milli musiqimizin inkişafında Bülbülün rolu mövzusunda “Dəyirmi masa”lar təşkil edilir. Təhsil müəssisələrində tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadimə aid fotostendlər, bülletenlər hazırlanır, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunur.

Tədbirlərdə böyük sənətkar Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışılır, onun gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyi bildirilir. Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün zəngin yaradıcılıq yolu keçdiyi və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğu şagirdlərin diqqətinə çatdırılır. Görkəmli xanəndənin ölməz xatirəsinin xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacağı da qeyd edilir.

Milli musiqi mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş sənətkara həsr olunan tədbirlərdə şagirdlər Bülbülün repertuarından xalq mahnıları və klassik əsərlər ifa edirlər.

Həmçinin, paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Bülbülün Xatirə Muzeyinə ekskursiyaları da təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti