...

Hacı Zeynalabdin Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO

Mədəniyyət Materials 23 Yanvar 2018 12:42 (UTC +04:00)
Milli Azərbaycan Tarixi Muzeyinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fotosu hədiyyə edilib.
Hacı Zeynalabdin Tağıyevin imzası ilə olan şəkli muzeyə hədiyyə edildi - FOTO

Bakı. İlhamə İsabalayeva - Trend:

Milli Azərbaycan Tarixi Muzeyinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin fotosu hədiyyə edilib.

Muzeydən Trend-ə verilən məlumata görə, foto muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.

Fotoşəklin arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb.

Fotonun arxasında H.Z.Tağıyevin öz imzası da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti