...

“Gənclər paytaxtı”nın seçiminə start verilir

Mədəniyyət Materials 25 Yanvar 2018 17:00 (UTC +04:00)
“Gənclər paytaxtı” uğrunda internet səsverməsinə başlanılır.
“Gənclər paytaxtı”nın seçiminə start verilir

Bakı. Trend:

“Gənclər paytaxtı” uğrunda internet səsverməsinə başlanılır.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçiriləcək. Onlayn səsvermə 25 yanvar tarixindən 31 yanvar gecə yarısınadək davam edəcək.

2018-ci ildə səsvermədə Azərbaycanın 23 rayon və şəhəri iştirak edir.

Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə 2012-ci ildən başlayaraq hər il həyata keçirilən "Gənclər paytaxtı" layihəsi 6 il ərzində 3 milyondan artıq iştirakçı səsi toplaya bilib.

2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə (2012-ci il), Biləsuvar (2013-cü il), Quba (2014-cü il), İsmayıllı (2015-ci il), Şəmkir (2016-cı il), Balakən (2017) Gənclər paytaxtı adına layiq görülüb.

"Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

Daha ətraflı məlumatı www.genclerpaytaxti.az saytından ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti