...

Türkiyədə Azərbaycan film həftəsi keçirilə bilər

Mədəniyyət Materials 14 Fevral 2018 17:44 (UTC +04:00)
Türkiyədə Azərbaycan film həftəsi keçirilə bilər.
Türkiyədə Azərbaycan film həftəsi keçirilə bilər

Bakı. Trend:

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Görüş zamanı, həmçinin bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi müzakirə olunub. Eyni zamanda, bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti