...

Şah Abbas karvansarasında bərpa işləri bu il başa çatacaq (FOTO)

Mədəniyyət Materials 23 Fevral 2018 17:53 (UTC +04:00)
Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il başa çatacaq.
Şah Abbas karvansarasında bərpa işləri bu il başa çatacaq (FOTO)

Bakı. Trend:

Gəncə şəhərində yerləşən Şah Abbas karvansarasında aparılan bərpa işləri bu il yekunlaşacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tarixi abidənin bərpası nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında aparılır.

Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, mərtəbələrarası örtüklərin bərpası tamamlanıb və kommunikasiya xətləri çəkilib. Karvansaranın dam örtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb. Hazırda karvansaranın “Uğurlu xan” hissəsində bərpa işləri davam etdirilir və daxili tamamlanma işlərinə başlanılıb.

Ümumi sahəsinə görə Azərbaycan ərazisində böyük ticarət və mehmanxana mərkəzlərindən olan Şah Abbas karvansarası istifadəyə verildikdən sonra turizm məqsədləri üçün istifadə olunacaq.

Bərpa işləri tam olaraq bu il yekunlaşdırılacaq.

Qeyd edək ki, şəhər karvansaraları qrupuna daxil olan bu binanın tikintisinə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanılıb. Karvansaranın layihələndirilməsinə və tikintisinə Şərqin böyük memarlarından olan Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpicdən inşa olunmuş karvansara iki mərtəbədən ibarətdir. 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğın zamanı bu karvansara da yandırılmış və abidə ciddi dağıntıya məruz qalmışdı. Sonradan abidədə bərpa işləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti