...

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək

Mədəniyyət Materials 31 May 2018 14:32 (UTC +04:00)

Bakı. Trend:

Bakıda iyunun 4-7-də Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.

Müsabiqənin seçim turları iyunun 4-7-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. İyunun 4-6-da müsabiqənin I və II turları, iyunun 7-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.

SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19:00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19:00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti