...

Yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib (FOTO)

Mədəniyyət Materials 12 İyun 2018 14:55 (UTC +04:00)
Yazıçı oxucuları maraqlandıran sualları ətraflı cavablandırıb, “İmza saatı” təşkil olunub.
Yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni laureatı, yazıçı Natiq Rəsulzadə ilə görüş keçirilib.

Trend-in məlumatına görə, əsərləri dünyanın müxtəlif ölkələrində, bir çox dillərdə çap olunan yazıçı Natiq Rəsulzadənin oxucularla görüşü Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bir sıra kitabların müəllifi, “Qranat” və “Vaqif” mükafatları laureatı, yazıçı-jurnalist Marina Mursalovanın müsahibəsi əsasında həyata keçirilib.

Daha sonra yazıçı oxucuları maraqlandıran sualları ətraflı cavablandırıb, “İmza saatı” təşkil olunub.

Qeyd edək ki, "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya...", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti