...

Bakıda Adriano Çelentano Festivalının açılışı keçirilib

Mədəniyyət Materials 10 Sentyabr 2018 21:19 (UTC +04:00)
Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş açıq hava festivalının rəsmi açılışı keçirilib.
Bakıda Adriano Çelentano Festivalının açılışı keçirilib

Bakı. Trend:

“The Landmark” otel və biznes mərkəzinin “Jazz club” zalında İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş açıq hava festivalının rəsmi açılışı keçirilib.

Rəsmi açılış zamanı İtaliya səfiri Auqusto Massari, Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova, Azərbaycanda yaşayan italyanlar və Çelentanonun yerli pərəstişkarları iştirak edib.

Festivalın açılışını United Cultures şirkətinin icraçı direktoru edərək bütün qonaqları gəldikləri üçün təşəkkür edib. Öz çıxışında xanım Casagrande Azərbaycanda İtaliya mədəniyyətinin – musiqisinin, incəsənətinin və filmlərinin, xüsusilə də Çelentanonun yaradıcılığının sevildiyini böyük qürur olduğunu bildirərək, məhz bu səbəbdən də bu festivalın keçirildiyini vurğulayıb.

Çıxışa davam edən Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova Adriano Çelentano yaradıcılığının nəinki bir nəsilin, bir neçə nəsilin yetişdirilməsində böyük xidmətinin olduğunu vurğulayıb. O, Adriano Çelentanonun filmlərində İtaliyanın özünəməxsusluğunu, İtaliya temperamentinin və İtaliya yumorunun çox gözəl çatdırıldığını vurğulayaraq, Azərbaycan və İtaliya xalqlarının nə dərəcədə bir-birinə yaxın və mehriban olduğunu qonaqların diqqətinə çatdırıb. Daha sonra isə qonaqlar festivalın ilk “İnadkarın ram edilməsi” filmini izləyiblər.

Qeyd edək ki, 9-13 sentyabr 2018-ci il tarixlərində Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano Açıq Hava Film Festivalı” keçirilir.

İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda, Adriano Celentanonun çəkildiyi “Blef”, “Dəlicəsinə aşiq olan”, “Tuz”, “İnadkarın ram edilməsi” “Məxmər əllər” kimi ən məşhur və sevilən filmləri təqdim olunacaq.

Aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti