...

Los-Ancelesdə keçirilən “Emmi” mükafatlandırma mərasiminin ilk qaliblərinin adları açıqlanıb

Mədəniyyət Materials 18 Sentyabr 2018 08:58 (UTC +04:00)
Los-Ancelesdə keçirilən “Emmi” mükafatlandırma mərasiminin ilk qaliblərinin adları açıqlanıb
Los-Ancelesdə keçirilən “Emmi” mükafatlandırma mərasiminin ilk qaliblərinin adları açıqlanıb

Bakı. Tural Turan - Trend:

Los-Ancelesdə keçirilən “Emmi” mükafatlandırma mərasiminin ilk qaliblərinin adları açıqlanıb. Trend-in məlumatına görə, “Taxt oyunları” serialı “Ən yaxşı dram serialı” kateqoriyası üzrə qalib olub. Serialın aktyoru Piter Dinkleyc isə Tirion Lannister roluna görə “İkinci planda ən yaxşı aktyor” mükafatını alıb.

“Ən yaxşı komediya serialı” nominasiyasının qalibi isə “Möhtəşəm xanım Meyzel” olub. Baş rol ifaçısı Reyçel Brosnahan “Ən yaxşı komediya aktrisası”, Aleks Borşteyn isə “Komediya serialında ikinci planda ən yaxşı aktrisa” adlarına layiq görülüblər.

“Ən yaxşı rejissor və ssenarist” mükafatını Emi Şerman-Palladino alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti