...

İnnovasiya və ya ölüm...Amerikanın işıq labirintləri Bakıda (FOTO)

Mədəniyyət Materials 20 May 2019 18:44 (UTC +04:00)
"Gazelli Art House"da amerikalı rəssam Stenli Kasselmanın "İşıq labirintləri" sərgisinin təqdimatı keçirilib.
İnnovasiya və ya ölüm...Amerikanın işıq labirintləri Bakıda (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

"Gazelli Art House"da amerikalı rəssam Stenli Kasselmanın "İşıq labirintləri" sərgisinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdim olunan kompozisiya rəssamın Deyvid Anfamın kuratorluğu altında 4 illik əməyinin nəticəsidir.

Rəssam deyib: "Ağlımdan çıxmayan bir sadə fikir- İnnovasiya və ya ölüm. Eyni şeylərə təkrar-təkrar düzəlişlər etmək bəzən məni dəhşətli dərəcədə yorur. Məhz buna görə mənim sənət əsərlərim daim inkişaf prosesindədir".

Bu, S.Kasselmanın ikinci solo sərgisidir və rəssamın "Tezlik", "Adsız- Mövcudluq", "Bir Gün" və "Maye" seriyalarından bəzi əsərlərini özündə cəmləşdirir.

"Gazelli Art House" qalereyasının təsisçisi və rəhbəri Mila Əsgərova: “Biz çoxdan gözlənilən əməkdaşlığın nəticəsini Bakı qalereyasında təqdim etməkdən məmnunuq. İlk sərgimizin keçirildiyi 2014-ci ildən bu günə kimi Stenli davamlı olaraq yaradıcılığın sərhədlərini daimi genişləndirərək nəticə etibarilə inanılmaz yüksəkliklərə çatdı”.

Qeyd edək ki, karyerası boyunca S.Kasselmanın bütün işləri işiq xüsusiyyətlərinin füsunkarlığı ilə dolub. 25 il əvvəl Vestminster abbatlığının vitraj şüşələrindən ilhamlanan rəssam arxa fonu işıqlı şəkillər yaratmaqla öz bədii fəaliyyətinə başlayıb. Daha sonra isə o diqqətini poliefir ekranlı işlərinə fokuslayaraq bu sahədə novatora çevrilir.

S.Kasselman təpələr, vadilər, zirvələr və çökəkliklərlə dolu cəsarətli, geniş miqyaslı, abstrakt şəkilləri ilə işığın müxtəlif xüsusiyyətlərini əks etdirir. "Tezlik" "Adsız- Mövcudluq" seriyasından olan bu rəngarəng labirintlər səthi gərginliyi və abstraktlığı orijinal üsulla çatdırır. S.Kasselmanın şəxsən düzəltdiyi alətlərlə, böyük zəhmət tələb edən proses səth üzərində qat-qat salınan boyalardan ibarətdir. Nəticələr həm minimalist, həm də rəng, xətt və formanın incə dəyişikliklərini göstərən detallarla zəngin olur.

Denverdə "Still Clyfford" Muzeyinin baş məsləhətçi kuratoru David Anfam deyib: "Maye" seriyasından olan yeni kompozisiyalar sprey xromu kimi tanınan sənaye prosesini əks etdirir və onların hazırlanmasında gümüşü nitratın səthin üzərinə çəkilməsi üçün su əsaslı mayedən istifadə olunur və bu da öz növbəsində əsərlərin üzərində yansıtıcı güzgü effektinin yaranmasına gətirib çıxarır. Kasselmanın əllərində əsərlər işıq saçan, xəyali, labirint formalı landşaft içərisinə səyahətə çevrilir".

Qeyd edək ki, sərgi noyabrın 2-dək davam edəcək.

Stenli Kasselman 1963-cü il Arizona ştatının paytaxtı Finiks şəhərində doğulub. Onun əsərləri Los Ancelesdə yerləşən Fredrik R.Weisman İncəsənət Fondu, Kaliforniya ştatı, Yeni Orlean şəhərində Yeni Orlean İncəsənət Muzeyi, Luiziana və Tükiyənin İstanbul şəhərindəki Müasir İncəsənət Muzeyləri də daxil olmaqla dünya muzeyləri tərəfindən toplanılıb və nümayiş olunub.

David Anfam Denverdə Still Clyfford Muzeyinin baş məsləhətçi kuratoru və London İncəsənət Araşdırmaları MMC-nin icraçı direktorudur. Dr. Anfamın nəşirlərinə Mark Rothko – Kətan üzərində işləri : Kataloq Raisonne (1998) daxildir. Bu yaxınlarda Anfam Londonda Kral İncəsənət Akademiyasında Abstrakt Ekspressionizm sərgisinə kuratorluq edib (2016-17).

Gazelli Art House Müasir İncəsənət Qalereyası, London və Bakıda yerləşən sərgi məkanları, habelə qlobal ictimai layihələr vasitəsi ilə geniş tamaşaçı kütləsinə çoxşaxəli və dinamik proqramları təqdim edərək, bir çox beynəlxalq səviyyəli rəssamları dəstəkləyir. 2003-cü ildə "Gazelli Art House" Bakıda təsis edilib və ilk olaraq bu məkanda Azərbaycan rəssamlarının iştirakı ilə sərgilər keçirib. Londonda konseptual baxımdan bir-birilə əlaqəli xarici sərgilər keçirəndən sonra, "Gazelli Art House" qaleriyasının təsisçisi və rəhbəri Mila Əsgərova 2012-ci ilin mart ayında Londonun məşhur Dauer küçəsində daimi sərgi məkanını təsis edib. 2017-ci ildə "Gazelli Art House" Bakıda tamami ilə yenilənmiş məkanında yerli və beynəlxalq rəssamların iddialı, illik sərgi proqramları ilə yenidən öz qapılarını ziyarətçilər üçün açdı. Rəssamlıq, heykəltəraşlıq, interaktiv quraşdırmalar, fotoqrafiya və müxtəlifrəqəmsal incəsənət növləri də daxil olmaqla müxtəlif texnikalar ilə işləyən qalereyanın daima təmsil etdiyi rəssamlara Derek Boşyer, Aziz + Kuçer, Şarlotta Kolbert, Françesko Cudis, Kalliopi Lemos, Niyaz Nəcəfov, Risaykl Qrup, Stenli Kasselman və bir çox digərləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti