...

"Azərbaycan vokalçıları" festivalının təntənəli bağlanış mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 25 Dekabr 2019 21:11 (UTC +04:00)
Görkəmli ifaçıların repertuarlarında yer alan klassik ariyalar səslənib.
"Azərbaycan vokalçıları" festivalının təntənəli bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda ilk dəfə keçirilən, Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi olan "Azərbaycan vokalçıları" festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Trend-in məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan gecədə bir-birindən gözəl, hər zaman görkəmli ifaçıların repertuarlarında yer alan klassik ariyalar səsləndi. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə bir daha öz peşəkarlığını klassik musiqisevərlərə nümayiş etdirdi. Bağlanış mərasimində festivalın ideya müəllifi, bədii rəhbəri Ramil Qasımov da çıxış edərək vurğuladı ki, dövlətin dəstəyi olmasaydı bu cür möhtəşəm layihələrin reallaşması qeyri-mümkün olardı. O, dövlət rəhbərliyinə, çalışdığı Azərbaycan Televiziyasına və festivalın bütün iştirakçılarına təşəkkürünü bidirib, yaradıcı və texniki heyətə uğurlar arzuladı. "Yaşasın Azərbaycanımız" şüarından sonra bütün iştirakçıların ifasında "Azərbaycan" mahnısı səsləndi. Tamaşaçılar ayağa qalxaraq vokalçıları alqışladı. Bu möhtəşəm çıxışla festival başa çatdı.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti