...

"Arts Council Azerbaijan" təşkilatının “START” layihəsi başlayıb

Mədəniyyət Materials 13 Fevral 2020 15:52 (UTC +04:00)
Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək.
"Arts Council Azerbaijan" təşkilatının “START” layihəsi başlayıb

Bakı. Trend:

Arts Council Azerbaijan təşkilatının “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi və Gənclər Şəbəkəsnin təşkilatçılığı ilə sərgi təşkil edir.

Trend-in məlumatınagörə, “StART” layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən sənət əsərləri sərgilənəcək. “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Hamı sərgidə iştirak etməyə dəvətlidir.
Mövzu İçəri Şəhər.
Yaş həddi yoxdur.
Böyük ölçüsu olan əsərlərə üstünlük verilir (60x80 ve s). 50x70 ölçüsündən kiçik əsərlər qəbul olunmayacaq.
Çərçivələrin olması vacib deyil.
Əsərlər yağlı boya üslubunda olmalıdır.

İştirak üçün əsərlərinizin FOTOSUNU (kiçik ölçüdə), rəssamın adı və soyadı, əsərin ölcüsü və əlagə nömrəsizi qeyd edərək 15 aprel 2020-ci il tarixinədək göstərilən ünvana göndərməyinizi xahiş olunur: [email protected]

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti